...

Fransada prezidentliyə namizədlərin Ermənistana və Qarabağa səfərlərinin detalları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 23 Dekabr 2021 17:41 (UTC +04:00)
Fransada prezidentliyə namizədlərin Ermənistana və Qarabağa səfərlərinin detalları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Son zamanlar Fransa prezidentliyinə namizədlər Ermənistana səfər etməyə tələsir. Bu posta namizəd olan Erik Zemmur və Valeri Pekresin “yaxın günlərdə” Ermənistana seçkiqabağı ilk səfərini etmək niyyətində olduqları barədə məlumatlar yayılıb.

Fransada seçkiqabağı vəziyyət həmişə gərgin olub. Artıq ən azı qırx siyasətçi Yelisey sarayının tarixi mənzillərində məskunlaşmaq istəklərini bildiriblər. Bununla belə, kampaniyaya rəsmi qoşulmaq üçün müraciət edənlərin hər biri 26 fevral 2022-ci il tarixinədək ən azı 500 şəhər şurası üzvü və bələdiyyə sədrinin dəstəyinə malik olmalıdır. Namizədlərin yekun siyahısı yalnız martın 11-də məlum olacaq.

Bəs, bu namizədlərin Ermənistana və Qarabağa səfərlərinin kökündə nə dayanır?

Trend-in məlumatına görə, Elnar Məmmədlinin təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Fransada prezidentliyə namizədlərin Ermənistana və Qarabağa səfərlərinin detalları" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Rasim Musabəyov, siyasi şərhçilər Yeganə Hacıyeva və Xəyal Bəşirov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=vNdH-avmyS0

Məqalədə:
Xəbər lenti

Xəbər lenti