...

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədri Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 25 Dekabr 2021 16:22 (UTC +04:00)
Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədri Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

- Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə dualar edərək möhkəm cansağlığı, uzun ömür diləyir və arzu edirəm ki, bütün xeyirxah təşəbbüslərinizdə Uca Allah Sizə yar olsun.

Dərin hörmətlə dünyanın hər yerindən ünvanınıza gələn təbriklərə qoşulur, Rusiya müsəlmanlarının salamlarını və ürək sözlərini Sizə çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası və ölkənizin qardaş ümməti ən çətin sınaqlardan ləyaqətlə keçib. Dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqın, bütün cəmiyyətin böyük vətənpərvərliyini məmnunluq hissi ilə qeyd edirik. Azərbaycan daim zamanın bütün çağırışlarının öhdəsindən gələn vahid, monolit cəmiyyətə malik multikultural ölkə olub, bu gün də belədir.

Əminik ki, Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə bundan sonra da iqtisadi inkişafını, beynəlxalq siyasi statusunu, bütün cəmiyyət üçün faydalı olan konfessiyalararası dialoqu ardıcıl surətdə inkişaf etdirəcək. Uca Yaradan belə xeyirxah əməllərinizdə Sizə qüvvət və xeyir-dua versin!

Hörmətli İlham Heydər oğlu, Uca Allahdan Sizə və bütün Azərbaycan xalqına firavanlıq və rifah diləyirəm. Amin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti