...

ABŞ Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT TŞ-nin iclasını çağırıb

Siyasət 19 Yanvar 2022 07:10 (UTC +04:00)
ABŞ Şimali Koreyanın raket buraxılışı ilə bağlı BMT TŞ-nin iclasını çağırıb

Bakı. Trend:

ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyi Şimali Koreyanın ballistik raket buraxılışlarının sayının artması ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Trend xarici KİV-lərər istinadən xəbər verir ki, iclas cümə axşamı bağlı qaöılar arxasında keçirilə bilər.

ABŞ-ın təşəbbüsü Albaniya, Böyük Britaniya, Fransa, İrlandiya və Meksika tərəfindən dəstəklənib.

Bundan əvvəl, ABŞ-ın BMT TŞ daimi nümayəndəsi Linda-Tomas Qrinfild The Washington Post qəzetinə müsahibəsində ölkəsinin KXDR tərəfdən raket sınaqları fonunda Şimali Koreyaya təzyiqi artıracağını və bu mövzunu BMT Təhlükəsizlik Şurasında qaldırmağa davam edəcəyini bildirmişdir.

Albaniya, İngiltərə, Fransa, İrlandiya, Yaponiya və ABŞ birgə bəyanatda Pxenyanı sabitliyi pozan addımlardan çəkinməyə çağırdıqdan sonra, KXDR bazar ertəsi daha bir ballistik raket buraxılışı həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti