...

Türkiyə ilə Ermənistan arasında aviareyslərin vaxtı və sayı açıqlanıb

Siyasət 19 Yanvar 2022 11:23 (UTC +04:00)
Türkiyə ilə Ermənistan arasında aviareyslərin vaxtı və sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə ilə Ermənistan arasında aviareyslər fevralın 2-dən işə düşəcək.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin açıqlamasında deyilir.

Nazirliyin məlumatında deyilir ki, Türkiyə tərəfindən "Pegasus" aviaşirkəti İstanbul-Yerevan istiqamətində həftədə 3 dəfə, Ermənistan tərəfindən isə əks istiqamətdə "Fly One Armenia" aviaşirkəti eyni sayda uçuş keçirmək icazəsi alıb.

Uçuşlar İstanbulun Sabiha Gökçen hava limanından keçiriləcək. Yerevandan ilk təyyarə fevralın 2-də yerli vaxtla 19:50-də İstanbulda eniş edəcək. İstanbuldan isə həmin gün saat 23:35-də uçuş başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti