...

Türkiyənin inkişafına töhfə verəcək ölkələrlə əlaqələrimizi intensivləşdirəcəyik - Ərdoğan

Siyasət Materials 16 Fevral 2022 22:46 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin inkişafına töhfə verəcək ölkələrlə əlaqələrimizi intensivləşdirəcəyik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxış edərkən bildirib.

Birləşmiş Ərəb Əmirliklərinə səfərini xatırladaraq, səfər zamanı müxtəlif sahələrdə imzalanmış ümumilikdə 13 sazişin iki ölkə arasında əlaqələrin müqavilə əsasını möhkəmləndirəcəyini qeyd edib.

"İnanıram ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərə yeni təkan verəcək bu səfər hər iki ölkə üçün səmərəli və faydalı olacaq. Önümüzdəki dövrdə başda Körfəz Bölgəsi olmaqla Türkiyənin inkişafına töhfə verəcək digər ölkələrlə də sıx əlaqələrimizi gücləndirəcəyik", - R.T.Ərdoğan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti