...

Bayden ABŞ, Aİ və G7-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

Siyasət Materials 24 Fevral 2022 23:22 (UTC +04:00)
Bayden ABŞ, Aİ və G7-nin Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı yeni sərt sanksiyalar və məhdudiyyətləri açıqlayıb.

Trend xəbər verir ki, Baydenin sözlərinə görə, yeni sanksiyalar Rusiya iqtisadiyyatına həm qısa, həm də uzunmüddətli perspektivdə ciddi təsir göstərəcək.

O əlavə edib ki, sanksiyalara 27 Aİ üzvü və G7 üzvləri qoşulacaq.

Söhbət Rusiyanın dollar, avro, funt sterlinq və yenlə biznes fəaliyyətinin məhdudlaşdırılması kimi tədbirlərdən gedir.

Birləşmiş Ştatlar həmçinin 1 trilyon dollara yaxın aktivlərə sahib olan Rusiya banklarına qarşı da sanksiyalar tətbiq edir. Söhbət, xüsusilə, aktivləri 250 milyard dollar həcmində qiymətləndirilən VTB bankdan gedir.

Sanksiyalar, digər məsələlərlə yanaşı, Rusiyaya yüksək texnologiyalı məhsulların ixracını məhdudlaşdırır. Bu, kosmik sənayeyə də aiddir.

Baydenin sözlərinə görə, tətbiq edilən sanksiyalar "SWIFT-i sistemindən ayırmaqdan daha böyük təsir göstərə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti