İran və Azərbaycan arasında əlaqələr daha da möhkəmlənəcək

Siyasət Xəbər 13 Mart 2022 10:47 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

İran-Azərbaycan münasibətlərində yaradılan yeni prosesi nəzərə alaraq iki ölkə əlaqələri daha da möhkəmlənəcək.

Bunu Trend-ə açıqlamasında İranın Xarici İşlər Nazirliyinin protokollar üzrə idarəsinin baş direktoru Mehdi Honərdust deyib.

M.Honərdustun sözlərinə görə, İranın xarici siyasətinin əsas hissəsini region ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi təşkil edir. İranın qonşu ölkələrlə münasibətlərinin əhəmiyyəti heç kimə gizli olan məsələ deyil.

Nazirlik rəsmisi bildirib ki, İranın Azərbaycanla çoxlu bağları var. Bu baxımdan Azərbaycan İran üçün böyük əhəmiyyət kəsb edir.

“İran bu baxımdan iqtisadi, siyasi və təhlükəsizlik münasibətlərinin gücləndirilməsi üçün daha çox səylərin göstərilməsinin tərəfdarıdır”, - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti