...

Ermənistan hərbi cinayət törədərək mülki insanları hədəf alırdı - Deputat

Siyasət Materials 18 Mart 2022 12:55 (UTC +04:00)
Ermənistan hərbi cinayət törədərək mülki insanları hədəf alırdı - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

44 günlük Vətən müharibəsini digər müharibələrdən fərqləndirən xüsusiyyətlərdən biri də mülki əhali arasında itkilərin çox olmaması oldu. Azərbaycanın ləyaqətli davranışı sayəsində 44 günlük müharibənin hərb tarixinə ən az mülki insan itkisi olan müharibə kimi düşdü.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ermənistandan fərqli olaraq Azərbaycan heç bir mülki obyekti hədəfə almırdı. “Bu müharibə zamanı mülki əhali arasında itkilərin olması da Ermənistanın terror əməlləri nəticəsində baş verdi. Məhz Ermənistan hərbi birləşmələri müharibə qanunlarını pozaraq və hərbi cinayət törədərək Azərbaycanın müharibə zonasından uzaqda yerləşən, heç bir hərbi əhəmiyyəti olmayan şəhərlərimizi qadağan olunmuş raketlərlə atəşə tuturdular.

Vətən müharibəsi ərzində Gəncə, Bərdə, Tərtər və digər şəhər və qəsəbələrimiz erməni terrorçuları tərəfindən raket atəşlərinə məruz qaldı. Məhz ermənilərin bu terror əməlləri nəticəsində mülki insanlar arasında itkilərimiz oldu. Döyüş meydanında qüdrətli ordumuz qarşısında tab gətirə bilməyən düşmən mülki əhalini atəşə tutmaqlar Azərbaycanı dayandırmağa, insanlar arasında qorxu yaratmağa çalışırdı. Lakin hər kəsə məlumdr ki, ermənilərin bu çirkin əməlləri xalqımızı qorxutmadı, əksinə mübarizə ruhunu, qələbə əzmini daha da gücləndirdi.

Lakin Ermənistandan fərqli olaraq Azərbaycan ləyaqətli döyüş apardı, heç bir mülki obyekti hədəfə almadı, düşmənə yalnız döyüş meydanında cavab verdi”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistanın bu müharibə zamanı daha bir hiyləsi isə mülki insanlardan qalxan kimi istifadə etməsi idi. “Onlar silahları mülki əhalinin yaşadığı yerlərdə quraşdıraraq atəş açrdı, uşaq baxçalarını, orta məktəbləri hərbi məntəqələrə çevirirdilər. Lakin Azərbaycan ermənilərin bu hiyləsini zamanında aşkar edərək mülki əhali arasında itkilərin olmasına imkan vermədi. Azərbaycan ləyaqətli döyüş apararaq yalnız hərbi obyektləri hədəfə alırdı”, - deyə A.Həsənova bildirib.

O əlavə edib ki, bu mahribə zamanı mülki insanlar arasında itkilərin olmasının da məsuliyyəti tam olaraq Ermənistanın üzərinə düşür. “Məhz Ermənistanın hərbi cinayətləri nəticəsində mülki insanlar arasında itkilər oldu. Gec-tez Ermənistan bu hərbi cinayət əməllərinə görə cavab verməli olacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti