...

Prezident İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir - Rəcəb Tayyib Ərdoğan

Siyasət Materials 25 Mart 2022 13:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir.

Trend-in "TRT Haber"ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüssel səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə bir günlük səfəri zamanı əsas mövzumuz Rusiya və Ukrayna oldu. O, həm də Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir. Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. O, bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu haqda çox açıq və aydın danışmaq imkanımız oldu", - R.T.Ərdoğan deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti