Bakı. Trend:
Rusiya və Ukrayna arasındakı müzakirələrin uğurlu nəticəsi olmalıdır.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.
O qeyd edib ki, beşinci həftəsinə qədəm qoyan münaqişə dost və qonşu olaraq Türkiyəni çox kədərləndirir.
"Böhranın ilk günündən eskalasiyanın qarşısını almaq üçün bütün səviyyələrdə səmimi səylər göstərdik. Şəxsən mən çoxlu həmkarlarımın, dövlət başçılarının iştirakı ilə gərgin diplomatik iş aparmışam. Biz söz sahibi olduğumuz bütün beynəlxalq platformalarda hər iki tərəfin hüquqlarını və həssaslıqlarını qoruyan, onlara əməl edən ədalətli yanaşma nümayiş etdirmişik", - deyə R.T.Ərdoğan əlavə edib.