Bakı. Trend:
Qırğızıstan prezidenti Sadır Japarov aprelin 19-da Azərbaycana rəsmi səfərə yola düşüb.
Trend bu barədə Qırğızıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.
S.Japarov səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə ikitərəfli görüş keçirəcək.
Bundan başqa, Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşlər planlaşdırılır. Bu görüşlər zamanı Qırğızıstan və ticarət-investsiya sahəsində əməkdaşlıq perspektivləri barədə məlumatlar təqdim olunacaq.
Səfər çərçivəsində ölkə prezidentini xarici işlər, kənd təsərrüfatı, iqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat nazirləri müşayiət edir.
(Tərcümə: Orxan Nəbiyev)