...

Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

Siyasət Materials 28 Aprel 2022 19:18 (UTC +04:00)
Türkiyə-Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlanıb

Bakı. Trend:

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşünün vaxtı məlum olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, xüsusi nümayəndələrin növbəti görüşü mayın 3-də Vyanada baş tutacaq.

Xatırladaq ki, 2021-ci ilin dekabrında Ankara və İrəvan dialoq qurmaq üçün öz diplomatlarını təyin ediblər. Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç olub. Onlar artıq iki görüş keçiriblər - yanvarın 14-də Moskvada və fevralın 22-də Vyanada.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti