...

Prezident İlham Əliyev: Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur

Siyasət Materials 2 May 2022 14:04 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib.

Trend-in məlumatına görə, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsininb məmnunluq doğurduğu vurğulanır.

Təbrik məktubunda daha sonra deyilir: “Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir”.

Dövlətimizin başçısı inandığını bildirir ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərlə müvəffəqiyyətlə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti