...

Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib - FAO-nun baş direktoru

Siyasət Materials 6 May 2022 11:07 (UTC +04:00)
Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib - FAO-nun baş direktoru

Trend-i buradan izləyin

Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla əməkdaşlıq dayanıqlı inkişaf məqsədlərinə nail olmağa yönəlib.

Trend-in məlumatına görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu FAO-nun dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş kənd təsərrüfatının rəqəmsallaşdırılması üzrə beynəlxalq konfransda deyib.

"Kənd təsərrüfatı sektorunda rəqəmsallaşma üzrə islahatların keçirilməsinə görə Azərbaycana təşəkkür etmək istəyirəm", - deyə o bildirib.

Onun sözlərinə görə, FAO-nun əsas fəaliyyəti kənd təsərrüfatının rəqəmsallaşması və innovasiyaların tətbiqindən ibarətdir.

"Bu gün FAO-nun gündəliyində rəqəmsal məlumatlara ödənişsiz çıxış imkanları, virtual təhsil və rəqəmsal savadlılığın təmin olunması məsələləri yer alır", - Qu Donqyu deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti