...

Audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib

Siyasət Materials 6 May 2022 15:18 (UTC +04:00)
Audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiqləyib.

Trend xəbər verir ki, qanuna əsasən, audiovizual media fəaliyyətinə dair dövlət rüsumları müəyyənləşib.

22.0.39. Audiovizual media fəaliyyəti:

22.0.39.1. ümumölkə yerüstü televiziya yayımçısı

5 000 manat

22.0.39.2. ümumölkə yerüstü radio yayımçısı

2 500 manat

22.0.39.3. regional yerüstü televiziya yayımçısı

1 500 manat

22.0.39.4. regional yerüstü radio yayımçısı

500 manat

22.0.39.5. peyk yayımı həyata keçirən platforma yayımçısı

2 500 manat

22.0.39.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı

1 500 manat

22.0.39.7. sifarişli yayım xidməti provayderi

500 manat

22.0.39.8. sadə platforma operatoru

1 500 manat

22.0.39.9. universal platforma operatoru

2 500 manat

22.0.39.10. multipleks operatoru

2 500 manat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti