Bakı. Trend:
Dövlət sərhədinin Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Zod mədənində mülki erməni işçilərə qarşı atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır.
Bu barədə Trend-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.
"Bu xəbəri qəti surətdə təkzib edirik", - məlumatda deyilir.