...

Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 ili - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Siyasət Materials 13 May 2022 18:55 (UTC +04:00)
Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 ili - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Bakı. Trend:

Türkiyə ən çətin dövrlərdə Azərbaycan ilə birlikdə olub. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bütün dünyaya örnəkdir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarları qardaşlığımızın mənəvi-ideoloji əsasını təşkil edir.

Trend-in məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 ili, Şuşa Bəyannaməsi, Ermənistan-Türkiyə, Azərbaycan-Ermənistan arasında normallaşma məsələləri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – SETA Təhlükəsizlik Şöbəsi müdiri Murat Yeşiltaş, İRAM direktoru Haqqi Uyqur və BMTM-in şöbə müdiri Cavid Vəliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=8AB35DrFjqs

Məqalədə:
Xəbər lenti

Xəbər lenti