...

Prezident İlham Əliyev: Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir

Siyasət Materials 16 May 2022 14:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir

Bakı. Trend:

Qardaş türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsinə münasibəti ölkəmiz tərəfindən yüksək qiymətləndirilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev mayın 16-da Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanın beynəlxalq əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxşı münasibətlərə malik olduğunu vurğulayaraq, Azərbaycan tərəfinin Ermənistanla sülh müqaviləsinin imzalanmasını təklif etdiyini bir daha xatırladıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti