...

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam

Siyasət Materials 20 May 2022 16:04 (UTC +04:00)
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiqlənib - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Müşahidə Şurasının sədri

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Müşahidə Şurasının üzvləri

Şahin Əliyev – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Humay Əfəndiyeva – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi

Xalid Qasımlı – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri

Fərid Hacıyev – Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti