Bakı. Trend:
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Trend xəbər verir ki, məktubda deyilir:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik".