...

Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir - Si Cinpin

Siyasət Materials 26 May 2022 15:29 (UTC +04:00)
Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir - Si Cinpin

Bakı. Trend:

Hazırda Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir.

Trend xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirilib.

"İki ölkə arasında qarşılıqlı siyasi etimad dərinləşir, "Bir kəmər, bir yol" müştərək layihəsi üzrə əməkdaşlıq fəal inkişaf edir və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyət getdikcə möhkəmlənir. Mən Çin-Azərbaycan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verirəm. Diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni səviyyədə daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram", - deyə məktubda qeyd olunub.

Xəbər lenti

Xəbər lenti