Bakı. Trend:
Azərbaycan Qoşulmama Hərəkatının fəaliyyətini yeni səviyyəyə çıxarmağa çalışır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Afrika İttifaqındakı birinci daimi nümayəndəsi Elman Abdullayev Afrika Gününə həsr olunmuş "Afrika qitəsinin Qoşulmama Hərəkatının qiymətləndirilməsində rolu" mövzusunda konfrans zamanı deyib.
"Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi vacib əhəmiyyət daşıyır. Mövcud geosiyasi reallıqlar və çağırışlar bizim qarşımıza yeni tapşırıqlar qoyur. Azərbaycanın üzərinə tarixi missiya qoyulub və bunu davam etdirmək lazımdır", - deyə o bildirib.
Onun sözlərinə görə, Qoşulmama Hərəkatına tarixi boyunca Afrika ölkələri böyük töhfə verib.
"Azərbaycan Afrika ölkələri ilə dialoq aparır. Biz Qoşulmama Hərəkatının Afrika qitəsinin problemlərinin həllinə necə töhfə verə biləcəyini nəzərdən keçiririk", - E.Abdullayev deyib.
(Tərcümə: Orxan Nəbiyev)