...

"TEKNOFEST"in Türkiyədən kənarda keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu - Kosmos Agentliyinin rəhbəri (ÖZƏL)

Siyasət Materials 29 May 2022 11:48
"TEKNOFEST"in Türkiyədən kənarda keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu - Kosmos Agentliyinin rəhbəri (ÖZƏL)

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə və Azərbaycan Prezidentlərinin "TEKNOFEST"ə verdiyi dəstək sayəsində dünyaca məşhur olan texnologiya festivalı bu il Azərbaycanda keçirilir. Hər iki ölkə başçısının bu addımı texnologiya sahəsinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Bunu Trend-ə özəl açıqlamasında Türkiyənin Kosmos Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.

Onun sözlərinə görə, "TEKNOFEST"in Türkiyədən kənarda keçirilməsi planlaşdırılan zaman ağıla ilk gələn qardaş ölkə Azərbaycan oldu.

"Bizim üçün bura ikinci vətənimizdir. “TEKNOFEST” Türkiyədə keçirilərkən çox uğur əldə etdi. Eyni uğurları Azərbaycanda da yaşayacağımızdan çox əminəm. Həmçinin, hər iki ölkə başçısının festivalın keçirilməsinə verdiyi dəstək çox mühüm addımdır. Bu gün festivalın son günü olmasına baxmayaraq insanlar hələ də böyük maraq göstərərək buraya gəlirlər”, - deyə o əlavə edib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World "Teknofest 2022" aerokosmik və texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti