Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərimiz və regional məsələlər müzakirə olunacaq.