...

NATO Finlandiya və İsveçi alyansa qəbul etmək üçün Madrid sammitini son tarix hesab etmir

Siyasət Materials 13 İyun 2022 07:41 (UTC +04:00)
NATO Finlandiya və İsveçi alyansa qəbul etmək üçün Madrid sammitini son tarix hesab etmir

Bakı. Trend:

NATO 28-30 iyun Madrid zirvə görüşünü Türkiyənin etirazları səbəbindən ləngiyən Finlandiya və İsveçin alyansa qəbulu məsələsi üçün son tarix kimi görmür.

Trend xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq bazar günü Helsinkidə Finlandiya prezidenti Sauli Niinistö ilə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə müəyyən narahatlıqlarını ifadə edib.

"Biz danışıqlar masasına əyləşərək, bu narahatlıqları aradan qaldırmaq üçün Türkiyə, Finlandiya və İsveçlə təmasdayıq. Türkiyə "İslam Dövlət"i kimi təşkilatlara qarşı terrorla mübarizədə çox mühüm müttəfiq ölkədir. Türkiyə həmçinin digər ölkələrdən daha çox Suriyadan gələn qaçqınlardan qəbul edib. Bu ölkənin terrorla mübarizə sahəsində haqlı narahatlıqları var", - Stoltenberq vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti