...

BMT Baş Assambleyasının prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 13 İyun 2022 12:14 (UTC +04:00)
BMT Baş Assambleyasının prezidenti Şəhidlər xiyabanını ziyarət edib

Bakı. Trend:

Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, Şəhidlər xiyabanına gələn BMT Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti