...

Azərbaycan ən mühüm enerji tərəfdaşıdır - Bolqarıstanın sabiq prezidenti

Siyasət Materials 15 İyun 2022 18:30 (UTC +04:00)
Azərbaycan ən mühüm enerji tərəfdaşıdır - Bolqarıstanın sabiq prezidenti

Bakı. Trend:

Azərbaycan enerji sahəsində ən mühüm tərəfdaşdır.

Trend-in məlumatına görə, bu barədə IX Qlobal Bakı Forumunun açılışına həsr olunan mətbuat konfransında Bolqarıstanın eks-prezidenti Rosen Plevneliyev deyib.

"Biz Azərbaycana etibarlı, davamlı enerji tərəfdaşı olduğuna görə təşəkkür etmək istəyirik",- deyə o bildirib.

R.Plevneliyevin sözlərinə görə, Azərbaycanın enerji strategiyası və siyasəti enerji təchizatının qurulmasında biznesin, tərəfdaşlarla əlaqələrin dəstəklənməsinə yönəlib:

"Əminəm ki, Azərbaycan bərpa olunan enerji, gələcəyin yanacağının istehsalı sahəsində də uğurla inkişaf edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti