...

Azərbaycan və Rusiyanın Qarabağın bərpasında birgə iştirakı əməkdaşlığımızda vacib məqamdır - Nazir

Siyasət Materials 24 İyun 2022 13:29 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Qarabağın bərpasında birgə iştirakı əməkdaşlığımızda vacib məqamdır - Nazir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Rusiyanın Qarabağın bərpasında birgə iştirakı əməkdaşlığımızda vacib məqamdır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"Azərbaycan üçün başlıca prioritet işğaldan azad edilmiş ərazilərin bərpasıdır ki, buna dövlət səviyyəsində birinci dərəcəli əhəmiyyət verilir. Çoxlu sayda layihə icra olunur, bərpa yüksək sürətlə davam edir və artıq yaxın zamanlarda biz ilk məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıtmasını görəcəyik", - nazir deyib.

C.Bayramov qeyd edib ki, bu baxımdan, azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə birgə iştirak Azərbaycan və Rusiya arasında əməkdaşlığın vacib məqamıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti