...

İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə əməl edəcək - Baş nazir

Siyasət Materials 4 İyul 2022 04:37 (UTC +04:00)

Bakı. Trend:

İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə və terrorçuların ekstradisiyasına dair razılaşmaya əməl edəcək.

Trend-in məlumatına görə, bu barədə İsveçin Baş naziri Maqdalena Andersson "Almedalen" Siyasi Forumunda çıxışı zamanı deyib.

İsveç hökumətinin başçısı razılaşmanın təfərrüatlarını şərh etməkdən imtina edərək qeyd edib ki, terror fəaliyyətində iştirak etməyən şəxslər narahat olmamalıdır:

"İsveç vətəndaşları milli və beynəlxalq qanunlara uyğun olaraq ekstradisiya edilməyəcək. Əgər terror fəaliyyətində iştirak etməmisinizsə, narahat olmağa dəyməz".

Baş nazir İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi çərçivəsində Skandinaviya ölkələrinin Türkiyə ilə üçtərəfli memorandum imzalayaraq hansı güzəştlərə getdiyi ilə bağlı sualları şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti