...

Avropa Xəbər Agentlikləri Alyansının növbəti onlayn seminarı keçirilib (FOTO)

Siyasət Materials 8 İyul 2022 19:54 (UTC +04:00)
Avropa Xəbər Agentlikləri Alyansının növbəti onlayn seminarı keçirilib (FOTO)

Bakı. Trend:

AZƏRTAC-ın da iştirak etdiyi seminarda media sahəsində yeni texnologiyaların tətbiqi müzakirə olunub

İyulun 8-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti onlayn seminarı keçirilib.

Trend xəbər verir ki, “Zoom” vasitəsilə baş tutan toplantıda EANA-nın üzv agentliklərinin nümayəndələri mediada yeni texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.

Ümumilikdə 20-yə yaxın agentliyin təmsil olunduğu seminara Böyük Britanıyanın “Press Association” agentliyinin icraçı direktoru Klayv Marşal, Avstriyanın APA agentliyinin və EANA-nın prezidenti Klemens Piq, İspaniyanın EFE agentliyinin prezidenti Qabriela Kanyas, Almaniyanın DPA agentliyinin icraçı direktoru Piter Kropş, İtaliyanın ANSA agentliyinin icraçı direktoru Stefano De Alessandri və başqaları qatılıblar. Toplantıda AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov da iştirak edib.

Qeyd olunub ki, media qarşısında duran yeni çağırışlara vaxtında cavab verilməsi bu sahədə biznesin geriləməməsi üçün önəmli addımdır. İştirakçıların fikrincə, xəbər agentlikləri üçün müasir texnologiyalar yeni imkanlar yaradır və bu qəbildən olan süni intellektdən istifadə bir çox media qurumlarında uğurla tətbiq olunmağa başlayıb.

Klemens Piq, Stefano De Alessandri və digərləri çıxış edərək təmsil olunduqları agentliklərdə süni intellekt və blokçeyn texnologiyalarının tətbiqindən danışıblar. Çıxışçılar yeniliklərdən yararlanmaqla həm müştərilərin informasiya tələbatını ödəmək, həm də veb-saytlarda xəbərləri oxuculara daha səmərəli şəkildə təqdim etməyin üstünlüklərini vurğulayıblar.

Üzv agentliklər belə seminarların davamlı olaraq keçirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti