...

İran Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır

Siyasət Materials 16 İyul 2022 22:55 (UTC +04:00)
İran Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır

Bakı. Trend:

İran Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi yazıb.

"İran regionda davamlı sülh, sabitlik və təhlükəsizliyə aparan istənilən prosesi/təşəbbüsü dəstəkləyir. İkitərəfli danışıqlar və regiondaxili dialoqlar ("3+3" mexanizmi, İran-Rusiya-Türkiyə, Azərbaycan-Ermənistan-Gürcüstan) Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün ən yaxşı yoldur", - deyə səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti