...

Bakı sammiti gənclərin öz ideyalarını müzakirə etmək üçün gözəl platformadır - Butan təmsilçisi (VİDEO)

Siyasət Materials 25 İyul 2022 15:44 (UTC +04:00)
Bakı sammiti gənclərin öz ideyalarını müzakirə etmək üçün gözəl platformadır - Butan təmsilçisi (VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Danyanın müxtəlif ölkələrindən olan gənclərin iştirak etdiyi bu foruma qatılmaqdan çox şadam. Bu sammit gənclərin öz ideyalarını müzakirə etmək üçün gözəl bir platformadır.

Bunu Trend-ə Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammitində iştirak edən Butan təmsilçisi Çador Tenzin Rabqay deyib.

O qeyd edib ki, burada gənclər təcrübə mübadiləsi aparır, yeni təcrübə və ideyalar öyrənir, gənclər qarşısında dayanan problemlərin həlli yollarını araşdırır.

“Bu sammit mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Mən bu sammitdən çox bilgilər əldə edəcəyimə ümid edirəm. Azərbaycan bu forumu çox peşəkarlıqla təşkil edib. Biz burada çox qonaqpərvərliklə qarşılandıq və burada olmaqdan çox şadam”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti