...

Si Cinpin Bayden ilə telefon danışığı aparıb

Siyasət Materials 28 İyul 2022 22:48 (UTC +04:00)
Si Cinpin Bayden ilə telefon danışığı aparıb

Bakı. Trend:

Çin lideri Si Cinpin ABŞ prezidenti Co Baydenlə telefon danışığı keçirib, Ukrayna, Tayvan və ölkələri maraqlandıran digər məsələləri müzakirə edilib.

Trend-in məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bildirib.

"Liderlər bir sıra məsələlər, xüsusən də Ukrayna böhranı mövzusu ətrafında fikir mübadiləsi aparıblar. Si Cinpin bu məsələdə Çinin prinsipial mövqeyini bir daha təkrarlayıb", - deyə qeyd olunub.

Açıqlamada həmçinin qeyd olunub ki, Si Cinpin “Çin rəhbərliyinin və ölkə xalqının Tayvan məsələsində mövqeyinin qəti olduğuna və ABŞ-ın “bir Çin prinsipi”nə hörmət etməli olduğunu bildirib.

Nazirlik bildirib ki, C.Bayden, öz növbəsində, "dünyanın vacib bir zamandan keçdiyini" və bütün ölkələrdə insanların ABŞ-Çin əməkdaşlığından qazanacağını söylədi:

"ABŞ qarşılıqlı anlaşmanın gücləndirilməsi və anlaşılmazlıqların qarşısını almaq üçün Çin ilə açıq ünsiyyət xəttini saxlamağa ümid edir və iki ölkənin maraqlarının üst-üstə düşdüyü yerdə Çinlə işləyəcək, eyni zamanda fikir ayrılıqlarını lazımi şəkildə həll edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti