Bakı. Trend:
Türkiyə İkinci Qarabağ müharibəsi başlayarkən qəhrəman Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etməsini dəstəklədi.
Trend-in məlumatına görə, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, torpaqların azad edilməsindən sonrakı addım regional əməkdaşlıq oldu.
"Hazırda biz regionda rifah və sülh üçün çalışırıq. Ermənistana təxribatları davam etdirməmələri üçün xəbərdarlıq edirik", - deyə M. Çavuşoğlu bildirib.