Zəngilan. Trend:
Qarabağda olan sürətli bərpa-quruculuq işləri ilə bu torpaqlar yenidən dirçəlir.
Bunu Trend-ə kaliforniyalı səyahətçi Çarls Adams deyib.
Onun sözlərinə görə, 30 illik işğal dövrü bitdikdən sonra Azərbaycanın bu torpaqları sürətlə dirçəltməsi heyranedicidir.
“Hazırda Zəngilanın Ağalı kəndindəyik. Burada insanların yaşayışı,işlə təminatı üçün hər şərait yaradılıb. 2 gündür azad olunan səfərlərimiz zamanı işğal dövrünün dağıntlarını, vandalizmin izlərinin şahidi olduq. Lakin bununla yanaşı bərpa-quruculuq işlərini görmək, Ağalı kəndindəki bu cür müasir yeni tikililəri görmək çox xoşdur”- deyə o əlavə edib.