...

Ermənistan indi təxribata son qoymalıdır - Mövlud Çavuşoğlu

Siyasət Materials 13 Sentyabr 2022 10:43 (UTC +04:00)
Ermənistan indi təxribata son qoymalıdır - Mövlud  Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend

13 sentyabr tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı olub.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov telefon danışığı zamanı, 12 sentyabr tarixində gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib. Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XXX

"Azərbaycanın xarici işlər naziri qardaşım Ceyhun Bayramovla Azərbaycan-Ermənistan dövlət sərhədində erməni təxribatlarını müzakirə etdik”.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi "Twitter" hesabında bildirib.

“Ermənistan indi təxribata son qoymalıdır. Onlar Azərbaycanla əldə etdikləri razılaşma çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa köklənməlidirlər”, - deyə M.Çavuşoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti