Bakı. Trend:
Türkiyənin səhiyyə naziri Fahrettin Koca Azərbaycana gəlir.
Trend-in məlumatına görə səfər çərçivəsində türkiyəli nazir sabah Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edəcək.
Türkiyəli nazirin Azərbaycanda keçiriləcək olan Azərbaycan–Türkiyə Səhiyyə Biznes Forumu və Sərgisində iştirakı nəzərdə tutulub.