Bakı. Trend:
“Ekstradisiya haqqında” Avropa Konvensiyasına Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Trend-in məlumatına görə, qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd parlamentin plenar iclasına tövsiyə edilib.