...

Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq tədbirlərini davam etdirəcək - Ceyhun Bayramov

Siyasət Materials 24 Sentyabr 2022 23:48 (UTC +04:00)
Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq tədbirlərini davam etdirəcək - Ceyhun Bayramov
Nərgiz Sadıxova
Nərgiz Sadıxova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan pandemiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlıq üzrə tədbirlərini davam etdirəcək.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, pandemiya hələ də dünya ölkələrinin qarşısında duran əsas problemlərdən biridir.

"Pandemiyaya cavab olaraq BMT Baş Assambleyasının iclasının təşəbbüskarı olan ölkə Azərbaycan olub. Azərbaycan həmçinin Qoşulmama Hərəkatının sədri kimi vaksinlərə bərabər çıxışı təmin etmək üçün addımlar atıb. Ölkə pandemiya ilə mübarizə üçün beynəlxalq əməkdaşlıq tədbirlərini davam etdirəcək", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti