...

Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır - Səadət Yusifova

Siyasət Materials 28 Sentyabr 2022 09:48 (UTC +04:00)
Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır - Səadət Yusifova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezidentin Administrasiyasının rəsmisi bildirib ki, Prezident İlham Əliyev dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib.

“Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük. Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır”, - S.Yusifova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti