...

NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir - Xüsusi nümayəndə

Siyasət Materials 3 Oktyabr 2022 23:28 (UTC +04:00)

Bakı. Trend:

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Xavyer Kolomina Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Trend xəbər verir ki, bu barədə Xüsusi Nümayəndə X.Kolomina “Twitter“də bildirib.

Brüsseldə baş tutan görüşdə tərəflər regiondakı vəziyyəti və oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra danışıqların statusunu müzakirə ediblər.

“NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, - deyə X.Kolomina bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti