...

Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir

Siyasət Materials 5 Oktyabr 2022 18:05 (UTC +04:00)
Azərbaycanın HDQ komandanı İtaliyada səfərdədir

Bakı. Trend:

İtaliya Respublikasının Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak etmək məqsədilə İtaliyaya rəsmi səfər edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, 44 ölkənin HDQ komandanları və 18 mühüm dəniz təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmin olunması üzrə müzakirələrin aparılmasıdır.

Beynəlxalq simpozium oktyabrın 7-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti