Bakı. Trend:
Oktyabrın 13-də Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Trend-in məlumatına görə Ətayə Abbasovanın təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Prezidentin Qazaxıstan səfəri" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları siyasi icmalçılar – Sahil İskəndərov, Mətin Məmmədli, İlqar Rəsul və Varis Yolçuyev mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: