...

Prezident İlham Əliyev: Avropa İttifaqının mülki missiyasını Azərbaycan tərəfinə göndərmək barədə cəhdlər qətiyyətlə rədd edildi

Siyasət Materials 14 Oktyabr 2022 15:14 (UTC +04:00)
Prezident İlham Əliyev: Avropa İttifaqının mülki missiyasını Azərbaycan tərəfinə göndərmək barədə cəhdlər qətiyyətlə rədd edildi

Bakı. Trend:

Avropa İttifaqının mülki missiyasını Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, bu cəhdlər qətiyyətlə rədd edildi.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Görüşdə bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi, gördüyümüz kimi, tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, ancaq bizim tərəfimizdən bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) məsuliyyət zonasında yerləşəcək. Dünən Avropa nümayəndələrinin birinci qrupu bu missiyanın yerləşdirilməsini müəyyənləşdirmək üçün Ermənistana gedib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti