Bakı. Trend:
Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq.
Trend xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatında söyləyib.
“Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik”, - deyən Türkiyə Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatını bu sözlərlə yekunlaşdırıb: “Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.