Bakı. Trend:
Milli Məclisdə təmsil olunan 15 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müraciət etmişdi.
Trend-in məlumaına görə, bunu Milli Məclisin sədr müavini, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsi zaman deyib.
O qeyd edib ki, “Siyasi partiyalar” haqqında qanun 30 il bundan əvvəl qəbul edilmişdi.
“Təbii ki, bu illər ərzində Azərbaycan təpədən dırnağa kimi dəyişib. Artıq Azərbaycan bütün dünyaya yeni libasda təqdim olunur. Belə ki, Azərbaycan qalib ölkə kimi sözünü deyir. Həmçinin beynəlxalq arenada söz sahibidir. Yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb. Bütün bu zərurət yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verdi. Bu qanun layihəsi də Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınmaqla hazırlandı”, - deyə o əlavə edib.