Bakı. Trend:
Fransa Senatında Azərbaycana qarşı hazırlanan qətnamə ilə bağlı etiraz petisiyası hazırlanıb.
Trend-in məlumatına görə, petisiyada deyilir:
Biz, fərqli yaşda, cinsdə, milliyyətdə və sosial statusda Azərbaycan vətəndaşları, ölkəmizin sıravi nümayəndələri olaraq, Fransa Senatına və xalqına müraciət edirik.
Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə
vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın
parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə
bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən
irəli sürülən və nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin
edilən qətnamə layihəsi sövq etdi. xBu sənəddə ölkəmizin, yəni hər
birimizin ünvanına ittihamlar, Fransa hakimiyyətinin və digər
Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və
neftə embarqo tətbiq etmək”
çağırışı yer alıb. Qətnamə layihəsi Ermənistan-Azərbaycan
münaqişəsini tamamilə birtərəfli və qərəzli nöqteyi-nəzərdən təqdim
edir. Müəlliflər münaqişənin sadəcə bir tərəfinin - erməni
tərəfinin maraqlarını müdafiə edirlər. Onlar digər tərəfin –
milyonlarla sıravi azərbaycanlıların acı hissinə, yaxınlarının
itkilərinə, qurbanlarına və istəklərinə tamamilə göz yumurlar,
sadəcə bizi günahkar bilirlər.
Bu şəkildə bir millətə üstünlük vermək, digərini isə
diskriminasiya etmək və millətini kəskin şəkildə qınamaq – etnik
dözümsüzlüyün və irqçiliyin ictimai
nümayişidir!
Sadəcə üç misal gətirək:
Senatın Qətnamə layihəsinin 21-ci bəndində Azərbaycan “kütləvi
cinayətlər” etməkdə ittiham edilir. Elə orada Beynəlxalq
Cinayət
Məhkəməsində bu məsələ üzrə istintaq aparılması çağırışı yer alıb.
2020-ci ilin oktyabr ayında Ermənistanın silahlı qüvvələri bizim ən
böyük
şəhərlərimizdən olan Gəncəni beş dəfə raket atəşinə tutub. Həmin
payız Azərbaycanın 80-dən çox yaşayış məntəqəsi atəşə məruz qalıb.
Həmin
vaxt biz hal-hazırda qəlblərimizə yaxın olan Ukraynanın yaşadıqları
dəhşətlər kimi aqressiyanın qurbanı olmuşduq. O zaman 454 insan
yaralanmışdır ki, onlardan 50-si uşaq idi. Öldürülənlərin sayı isə
93 çatmışdır, onlardan 27 nəfər qadın, 12 nəfər uşaq idi. Xahiş
edirik, bunları
düşünün! Bu sadəcə rəqəmlər deyil. Bu, uçurulmuş binaların
dağıntıları altında parçalanmış və ya həyatlarını itirmiş balaca
uşaqlardır. Məsələn,
Narın Xalıqova – onun sadəcə 10 ayı tamam olmuşdu; Mədinə
Şahnəzərli – bir yaşı var idi; Məryəm Xəlilli – sadəcə altı yaşda
idi. Onların hamısı
Gəncə atəşə tutularkən həlak olub. İndi bu adlar bizim yaddaşımıza
həkk olunub! Lakin sivil Avropa bu körpələrin meyitlərini görməməyə
üstünlük verdi. Ötən iki il ərzində Fransa Senatının heç bir üzvü
bu kütləvi cinayəti nə qınamaq məqsədilə çıxış etdi, nə də ki
istintaq aparılaraq günahkarların cəzalandırılması üçün çağırış
etdi! Gecə öz çarpayılarında yatarkən vəhşicəsinə öldürülən və
şikəst edilən azərbaycanlı uşaqlar həqiqətənmi
Senatın hörmətli üzvlərinin diqqətinə layiq deyillər?!
Senatın qətnamə layihəsinin 20-ci bəndində deyilir ki,
Azərbaycan erməni köçkünlərinin geri qayıtmaq hüquqlarını təmin
etməlidir. BMT-nin Baş
Assambleyasının 23.03.1994 tarixli qətnaməsinə əsasən, erməni
silahlı birləşmələrinin hücumları nəticəsində 1.000.000-dan çox
azərbaycanlı öz
evlərindən didərgin salınmışdır. O cümlədən onlar beynəlxalq
ictimaiyyət tərəfindən Azərbaycanın suveren ərazisi kimi qəbul
edilən rayonlardan
belə sürgün edilirdilər. BMT-nin Baş Assambleyasının qətnaməsində
qeyd edilirdi ki, “qaçqınlar və məcburi köçkünlər aclıq və xəstəlik
təhlükəsi ilə
qarşılaşdıqlarına görə çox ağır vəziyyətdədirlər”. Sitat gətirilən
sənəddə “azərbaycanlı qaçqın və məcburi köçkünlərə” bütün ölkələr
tərəfindən
lazım olan dəstəyə çağırış öz yerini almışdı. Lakin 30 il ərzində
Fransa Senatında bir dəfə də olsun bu insanların geri qayıtmaq
hüququnu təmin
etmək çağırışı qətnaməsinə baxılmamışdır. Həqiqətənmi azərbaycanlı
qaçqınlar Qarabağı tərk edən sayca dəfələrlə az olan ermənilərdən
fərqli
olaraq, bu haqdan məhrumdurlar?
Senatın qətnamə layihəsinin həmin, 20-ci bəndində deyilir ki,
Azərbaycan “erməni mədəni və dini irsinin” qorunub-saxlanılmasını
təmin etməlidir.
Lakin Senat ermənilər tərəfindən Azərbaycanın 30 il işğal altında
qalan suveren ərazilərində mədəni və dini irsin təmin olunmasına
dair bu cür
bəyanatlarla bir dəfə də olsun çıxış etməyib. Halbuki, ölkəmizin
rəsmiləri bununla bağlı beynəlxalq ictimaiyyətə müraciət ediblər.
15 may 1992-ci
ildə Bakı qəzetlərində Azərbaycanın mədəniyyət nazirinin avropalı
həmkarlarına, YUNESKO-nun baş direktoruna, Beynəlxalq Muzeylər
Şurasının baş məsləhətçisinə olan müraciətinin bəzi hissələri dərc
edilmişdir. Məktubda qeyd edilirdi ki, müharibə “silahsız
əhaliyə,
müdafiəsiz uşaqlara, eyni zamanda mədəniyyət abidələrimizə qarşı
aparılır... Sizdən xahiş edirik ki, öz səlahiyyətinizdən istifadə
edərək
ölkələrinizin hakimiyyətlərinə, parlamentlərinə təsir edəsiniz, bu
vandalizmi və qan tökülməsini dayandırasınız”. Lakin bu mövzuda
da
Senat bütün bu 30 il ərzində birmənalı şəkildə sükut mövqeyini
qoruyurdu. Azərbaycanın Milli Elmlər Akademiyasının məlumatlarına
görə,
bu dövr ərzində təkcə Şuşa şəhərində 215 tarixi və mədəni abidəyə
ziyan dəyib; bütün işğal olunmuş ərazilərdə isə mövcud 67 məsciddən
sadəcə
məscid qismən salamat qalmışdır. Həqiqətənmi Senatın fikrincə
Azərbaycanın tarixi, mədəniyyəti və dini digər Qafqaz xalqının
tarixi,
mədəniyyəti və dinindən daha az əhəmiyyət kəsb edir?
Bu açıq-aşkar diskriminasiyanın səbəbi nədir? Məlumdur ki, Fransada dünyanın ən böyük erməni diasporlarından biri yerləşir. Əhəmiyyətli seçici qüvvəsi olan bu Fransa vətəndaşlarının böyük əksəriyyəti heç vaxt Ermənistanda olmayıb. Onların bir çoxu Cənubi Qafqazda baş verənləri, münaqişənin, əsasən, erməni tərəfinin mövqeyini əks etdirən media xəbərlərindən anlayır. Eyni zamanda erməni əsilli fransızlarda yüz ildən çox əvvəl baş vermiş hadisələrə görə uşaqlıqdan qurban hissi və qisas almaq istəyi formalaşıb. Bəzi siyasətçilər bu məqamlardan şəxsi maraqları üçün istifadə etməyə çalışırlar. Məhz bu şəkildə Senatın bu cür qətnamə layihələri yaranır. Və bu, böyük ölçüdə Avropa İttifaqının əhəmiyyətli səyləri sayəsində ilk dəfə başlayan real danışıqlar prosesi zamanı baş verir. Lakin, sülhə nail olmaq üçün tərəfləri qarşılıqlı barışığa həvəsləndirmək əvəzinə, Senatın qətnamə layihəsinin müəllifləri hökuməti “Ermənistanın müdafiə qabiliyyətini gücləndirməyə”, yəni onu müasir fransız silahları ilə təchiz etməyə çağırırlar. Eyni zamanda münaqişənin davam etməsində təqsir birmənalı şəkildə yalnız Azərbaycanın üzərinə atılır. Beləliklə, ayrı-ayrı siyasətçilərin irqçi dünyagörüşü və şəxsi ambisiyaları, eləcə də bəzi erməni əsilli fransızların çoxəsrlik inciklikləri Cənubi Qafqazda gələcək eskalasiya üçün yeni zəminlər yaradır.
Senat üzvləri və Fransa xalqı onu da nəzərə almalıdırlar ki,
Avropa İttifaqı ölkələrinə qaz və neft idxalına embarqo qoyulacağı
halda Azərbaycanın
“cəzalandırılması” istəyi sadə azərbaycanlılar üçün yeni
sıxıntılara və məhrumiyyətlərə səbəb olacaq. 2021-ci ildə dövlət
büdcəmizin gəlirlərinin
təxminən yarısı enerji resurslarının ixracından əldə olunmuşdur. Bu
vəsaitlər hesabına qaçqınların ehtiyacları, təhsil xərcləri, sosial
ev layihələrinin
maliyyələşdirilməsi qarşılanırdı. Həqiqətənmi siz kasıb tələbələri
və ya 30 il əvvəl bütün əmlakını və yaşayış yerlərini itirmiş
qocaları cəzalandırmaq istəyirsiniz? Lakin belə olan halda, bu ağır
cəza təkcə azərbaycanlıların sosial cəhətdən zəif təbəqələrinə
təsir etməyəcək. Bu, milyonlarla avropalılara da zərbə vuracaq.
İtaliya, Bolqarıstan, Yunanıstan artıq iqtisadiyyatlarını
əhəməyyətli dərəcədə Azərbaycanın enerji resurslarının idxalına
yönəldib. Senat üzvlərinin təklif etdiyi embarqo onlar üçün
indikindən daha böyük inflyasiya sıçrayışı deməkdir. Yuxarıda qeyd
olunanları nəzərə alaraq, biz Senata və bütün Fransa xalqına
səslənirik:
Dərk etməyə çalışın ki, Ermənistan-Azərbaycan münaqişəsi sizə
təqdim ediləndən daha mürəkkəb ziddiyyətlər, milli travmalar və
incikliklər toplusudur. Fransanın birtərəfli yanaşma əvəzinə daha
balanslaşmış mövqe tutması çox vacibdir. Sonunda münaqişənin təkcə
bir deyil, hər iki tərəfin çoxillik acısını, itki hissini və
istəklərini diqqətə almağa çalışın. Azərbaycanlıların hüquqları,
layiq olduqları anlayış və mərhəmət heç də qarşı tərəfdəkindən az
deyil. Yalnız bu halda Fransa bu iki xalq arasında çoxdan
gözlənilən sülhün əldə
olunmasına töhfə verə bilər.
Danışıqlar prosesinə şans verin! Vəziyyəti birtərəfli ittihamlar və sanksiyalarla gərginləşdirməyin!
Nəzərə alın ki, Azərbaycana iqtisadi təzyiq siyasəti özü ilə sadə xalq üçün yeni bəlalar və itkilər gətirəcəkdir. Və, birmənalı şəkildə, bu cür hədəqorxular sülhə nail olmağa zəmin yaratmır.
Tərtib etdilər:
1) Ələkbərova Kubra, 52 yaş – Gəncə
2) Əliyeva Aynur, 29 yaş – Gəncə
3) Mirzəyev Vəzir, 29 yaş – Lənkəran
4) Əmirsultanov Əmirsultan, 42 yaş - Sumqayıt
5) Nəzürova Rübabə, 58 yaş - Qusar
6) Əliyeva Ülfət, 29 yaş - Bakı
7) Tağıyev Süleyman, 31 yaş - Sabirabad
8) Rəsulova Fatimə, 23 yaş - Bakı
9) Ağayeva Seyidnurə, 36 yaş – Sabirabad
10) Abdullayeva Afət, 61 yaş – Bakı