...

İqdır Aralıq Bələdiyyəsinin başqanı TAİB təmsilçiləri ilə birgə ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)

Siyasət Materials 24 Oktyabr 2022 21:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda səfərdə olan İqdır Aralıq Bələdiyyəsinin başqanı, Ədalət və İnkişaf Partiyasının tanınmış simalarından olan Mustafa Guzelkayanın rəhbərlik etdiyi nümayəndə heyəti Türk Ağsaqqalları Birliyi – TAİB-in İdarə Heyətinin təmsilçiləri ilə birgə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Trend xəbər verir ki, ziyarətçilər Ulu Öndərin məzarı önünə tər güllər qoyub, ruhuna dualar oxuyublar.

Qonaqlar və TAİB təmsilçiləri görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.

Xəbər lenti

Xəbər lenti