...

Prezident İlham Əliyev: İndi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır

Siyasət Materials 31 Oktyabr 2022 18:27 (UTC +04:00)
Prezident İlham Əliyev: İndi münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır

Bakı. Trend:

İki il əvvəl üçtərəfli Bəyanat imzalandı və çoxillik münaqişəyə son qoyuldu. İndi isə münasibətlərin normallaşdırılması istiqamətində hərəkət etmək vaxtıdır.

Trend xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşdə deyib.

Azərbaycanın münasibətlərin normallaşdırılması üçün bu yaxınlarda beş əsas prinsip irəli sürdüyünü xatırladan dövlətimizin başçısı bildirib: “Azərbaycan-Ermənistan münasibətləri bu prinsiplər əsasında normallaşdırılmalıdır. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir. Düşünürəm ki, münasibətlərin normallaşdırılmasına bu əsasda nail olmaq olar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti