Bakı. Trend:
Azərbaycan BMT-nin "yaşıl" transformasiya üzrə beynəlxalq proqramının icrasına sadiqdir.
Trend-in məlumatına görə, bunu bu gün baş nazirin müavini Əli Əhmədov "Azərbaycanda "yaşıl" transformasiya: Dayanıqlı inkişaf məqsədləri" adlı tədbir zamanı deyib.
O qeyd edib ki, BMT-nin 2015-ci ildə qəbul olunmuş beynəlxalq proqramı 2030-cu ilədək dayanıqlı inkişafın təmin olunmasına yönəlib.
"Bu proqram dayanıqlı inkişaf məqsədilə "yaşıl" texnologiyaların, bərpa olunan enerji mənbələrinin tətbiqini nəzərdə tutur. Bu gün bu alətlər Azərbaycanda həmin təşəbbüsün icrası üçün vacib hesab olunur. Ölkəmiz bu proqramın icrasına tam sadiqdir və biz artıq müvafiq hesabat hazırlamışıq", - deyə o bildirib.
Ə.Əhmədov əlavə edib ki, "yaşıl" transformasiya milli strategiya baxımından prioritet olaraq qalmaqdıdır.
"Əminəm ki, ölkəmiz təkcə 2030-cu ilədək deyil, ondan sonra da "yaşıl" transformasiyaya sadiq qalacaq", - baş nazir müavini deyib.